 Рустам Тофик оглы Шахсуваров род. в г. Кисловодске (Россия) 13 июля 1962 г. По специальности биолог (кандидат биологических наук) и переводчик английского языка. В 1999-2002 гг. состоял в социал-демократической партии Азербайджана (СДПА) и был членом ее Центральной Контрольной Комиссии (ЦКК) в 2000-2001 гг. В 2002 г. вступил в Компартию Азербайджана (КПА). В 2002-2003 гг. - пресс-секретарь и член Президиума Центрального Исполнительного Комитета (ЦИК) КПА. В 2003-2007 гг. - зам. председателя ЦИК КПА по идеологической работе. В 2007-2008 гг. (с 14 октября по 26 января) - председатель ЦИК КПА. В апреле 2005 г. был избран членом Центральной Контрольно-Ревизионной Комиссии (ЦКРК) СКП-КПСС на съезде СКП-КПСС в Москве. Являлся корреспондентом газеты "Правда" (органа ЦК КПРФ) по Азербайджану с мая 2005 г. вплоть до инспирированного определенными функционерами СКП-КПСС создания сепаратной группы под названием "альтернативной КПА" в Баку 23 декабря 2007 г. Р. Шахсуваров является автором ряда статей в "Правде" и других СМИ Азербайджана и России о политических событиях в Азербайджане и в связи с Азербайджаном. После тяжелого удара, организованного против единства КПА 23 декабря 2007 г., Р. Шахсуваров выдвинул идею современного обновления КПА и создания содружества независимых и здоровых левых сил Азербайджана, и осуществил ряд практических шагов в этом направлении. Это вызвало ярость консервативно-сталинистского, "застойного" крыла КПА, которое объявило о смещении Р. Шахсуварова с поста председателя ЦИК КПА неправовым решением Президиума ЦИК КПА от 26 января 2008 г. в нарушение целого ряда норм партийного Устава и при отсутствии кворума. Это свое неправомерное решение сталинисты затем утвердили на так называемом "съезде КПА" - нелегитимном сборище группы лиц, не собравших кворума и не представлявших подавляющее большинство членов партии, 24 февраля 2008 г. Этими действиями консерваторы окончательно раскололи КПА на несколько составных частей. Вскоре после этого Р. Шахсуваров основал инициативную группу по созданию Социалистической Партии Азербайджана (троцкисты) (СПА (Т), которая стала первой в Азербайджане левой партией, базирующейся на идеологии несталинистского левого социализма. Инициативная группа была затем преобразована в Оргкомитет СПА (Т), который 1 мая 2008 г. избрал Временный Центральный исполнительный комитет (ВЦИК) СПА (Т) во главе с Р. Шахсуваровым. Решением ВЦИК от 11 декабря 2008-го года партия была переименована в Прогрессивно-социалистическую партию Азербайджана (ПСПА). Решением ВЦИК от 14 апреля 2009 г. ПСПА была объединена с наиболее близкой по направлению и взглядам Народно-Социалистической партией Азербайджана (НСПА) во имя единства левых, социалистических сил Азербайджана. На основе ранее достигнутой договоренности двух партий лидер ПСПА Р. Шахсуваров стал заместителем председателя НСПА по общественным связям. При этом он продолжил свою работу как левый эксперт-политолог в качестве руководителя независимой группы экспертов "Левые социалисты Азербайджана". Решением общего собрания активистов ПСПА, вошедших в качестве системной фракции в ряды НСПА 14 апреля 2009 г., от 13 апреля 2010 г., ПСПА восстановила свою самостоятельность как политическая партия. Р.Шахсуваров продолжил свою работу в качестве председателя ПСПА, которую он и осуществлял до 14 апреля 2009 г. Р. Шахсуваров является редактором первого в Азербайджане Интернет-ресурса левосоциалистического несталинистского направления - http://azerbaijanitrotskyists.yesblog.ru. В январе 2009-го года создал еще один блог, выражающий взгляды левых социалистов - несталинистов по адресу http://left-az.livejournal.com. RÜSTƏM TOFİQ OĞLU ŞAHSUVAROV
Rüstəm Tofiq oğlu Şahsuvarov Rusiya Federasiyasının Kislovodsk şəhərində 13 iyul 1962-ci il tarixdə anadan olmuşdur. İxtisasca bioloq (biologiya elmləri namizədi) və ingilis dilinin tərcüməçisidir. 1999-2002 illərdə Azərbaycan Sosial-Demokrat partiyasının (ASDP) fəalı olmuş, 2000-2001-ci illərdə isə həmin partiyanın Mərkəzi Nəzarət komissiyasının üzvü olmuşdur. 2002-ci ildə Azərbaycan Kommunist partiyasına (AKP) daxil olub, 2002-2003-cü illərdə AKP-nin mətbuat katibi və Mərkəzi İcraiyyə komitəsinin (MİK) Rəyasət Heyətinin üzvü olmuşdur. 2003-2007-ci illərdə AKP MİK sədrinin ideoloji işlər üzrə müavini olmuşdur. 2007-2008 illərdə (14 oktyabr 2007-ci ildən 26 yanvar 2008-ci ilə qədər) AKP MİK sədri olmuşdur. 2005-ci ilin aprel ayında Moskvada beynəlxalq Kommunist Partiyaları İttifaqı-SovİKP (KPİ-SovİKP) təşkilatının qurultayında iştirak etmiş və həmin təşkilatın Mərkəzi Nəzarət-Təftiş komissiyasının üzvü seçilmişdir. 2005-ci ilin may ayından 2007-ci ilin dekabr ayının 23-nə qədər Rusiya Federasiyası Kommunist partiyasının (RFKP) mətbu orqanı olan “Pravda” qəzetinin Azərbaycan üzrə müxbiri olmuşdur. Bu illər ərzində həm “Pravda” qəzetində, həm də Azərbaycan və Rusiyanın digər kütləvi informasiya vasitələrində Azərbaycana aid olan siyasi hadisələrdən bəhs edən bir sıra məqalələrlə çıxış etmişdir. 23 dekabr 2007-ci il tarixdə KPİ-SovİKP-nin bəzi funksionerləri tərəfindən Bakıda təşkil edilmiş və Azərbaycan Kommunist partiyasının birliyinə ağır zərbə vurmuş “alternativ AKP” separat qruplaşmasının əmələ gətirilməsindən sonra R. Şahsuvarov AKP-də müasir islahatlar keçirməyə çalışmış və Azərbaycanın müstəqil və sağlam solçu qüvvələr birliyinin yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Buna görə də AKP-nin mühafizəkar stalinçi qanadı tərəfindən qəzəblə qarşılanıb və 26 yanvar 2008-ci il tarixdə AKP MİK sədri vəzifəsindən partiyanın nizamnaməsinə zidd şəkildə AKP MİK Rəyasət heyətinin yetərsaysız iclası tərəfindən uzaqlaşdırılmışdır. Stalinçilərin bu əməli daha sonra onlar tərəfindən 24 fevral 2008-ci il tarixdə keçirilmiş və “AKP qurultayı” adlandırdıqları yetərsaysız və sıravi kommunistlərin böyük əksəriyyətini təmsil etməyən bir toplantı tərəfindən təsdiq edilmişdir. AKP-nin beləliklə mühafizəkarlar tərəfindən bir neçə yerə parçalanmasından bir az sonra, R. Şahsuvarov Azərbaycan Sosialist (Trotskiçilər)partiyasının (ASTP) təşəbbüs qrupunu yaratmış və həmin partiyanın timsalında Azərbaycanda qeyri-stalinçi solçu sosializm platformasında olan ilk partiyanın təməlini qoymuşdur. Bundan sonra ASTP Təşkilat Komitəsinə çevrilmiş ASTP təşəbbüs qrupu 1 may 2008-ci il tarixdə ASTP-nin Müvəqqəti Mərkəzi İcraiyyə Komitəsini (MMİK) seçmişdir. R. Şahsuvarov ASTP MMİK sədri seçilmişdir. MMİK-in 11 dekabr 2008-ci il tarixli qərarı ilə partiyanın adı dəyişdirilmiş və Azərbaycan Mütərəqqi Sosialist Partiyası (AMSP) olmuşdur. AMSP MMİK-in 14 aprel 2009-cu il tarixli qərarı ilə partiya özünə mövqecə ən yaxın partiya olan Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) ilə birləşmişdir. Bu, Azərbaycan sosialistlərinin birləşməsi naminə edilmişdir. İki partiyanın əldə olunmuş razılığına əsasən R. Şahsuvarov AXSP sədrinin ictimai əlaqələr üzrə müavini vəzifəsini tutmuşdur. O, eyni zamanda, özünün müstəqil politoloq kimi fəaliyyətini davam etdirərək "Azərbaycanın sol sosialistləri" müstəqil ekspert qrupunun rəhbəri kimi işini davam etdirmişdir. AXSP-yə 2009-cu il aprel ayının 14-də bir sistemli fraksiya kimi daxil olmuş AMSP-nin fəallarının ümumi yığıncağı 2010-cu il aprel ayının 13-də qərarlaşdırıb ki, AMSP bundan sonra özünün müstəqil siyasi partiya kimi fəaliyyətini bərpa etsin. Bu qərara görə, R.Şahsuvarov AMSP sədri kimi 14 aprel 2009-cu ildən əvvəlki fəaliyyətini davam etdirib. R. Şahsuvarov Azərbaycanda qeyri-stalinçi sol sosialist platformasında olan ilk İnternet resursunun - http://azerbaijanitrotskyists.yesblog.ru redaktorudur. 2009-cu ilin yanvar ayında qeyri-stalinçi sol sosialistlərin yeni bir bloqunu (http://left-az.livejournal.com) təsis edib.
Связаться с автором
|